Vəfa Zeynalovanın qardaşı vəfat etdi

vefa-zeynalovanin-qardasi-vefat-etdi
Oxunma sayı: 6882

Əməkdar artist Vəfa Zeynalovaya (Rzayeva) ağır itki üz verib. 

“Qafqazinfo” xəbər verir ki, teatr və kino aktirasının qardaşı Gülhüseyn vəfat edib. 

Bu barədə V. Zeynalova instaqram səhifəsində məlumat paylaşıb. Hadisə ilə bağlı aktrisanın çalışdığı Akademik Milli Dram Teatrı da başsağlığı mətni yayıb. 

Əməkdar artistin qardaşı uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkirdi. 

***

Bir il bundan əvvəl 45 yaşlı Gülhüseyn Zeynalovun beynində bədxassəli şiş aşkarlanmışdı.