Venesuela BMT TŞ-nin təcili iclasının keçirməsini tələb etdi

venesuela-bmt-ts-nin-tecili-iclasinin-kecirmesini-teleb-etdi
Oxunma sayı: 557

Venesuela ABŞ-nin hərəkətlərinə cavab olaraq BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirməsini tələb edib.

“Qafqazinfo” “The New York Times”a istinadən xəbər verir ki, Venesuela xarici işlər naziri bununla bağlı BMT-yə məktub ünvanlayıb.

“ABŞ Prezidenti milli suverenliyimizi bütün dünyanın gözü qarşısında təhdid edir. Ölkənin ərazi bütövlüyünü və siyasi müstəqilliyini pozur”, - məktubda deyilir. 

Karakas ABŞ-ni beynəlxalq hüququ və BMT Nizamnaməsini pozmaqda ittiham edib.

Nəşr yazır ki, BMT Təhlükəsizlik Şurasına ünvanlanan ayrıca bir məktubda ABŞ-nin gəmilərə və ticarətə qarşı hərəkətlərinin yazılı şəkildə pislənməsi tələb edilib.