Vergilər Nazirliyində daha bir dəyişiklik - Nazirdən əmr

vergiler-nazirliyinde-daha-bir-deyisiklik
Oxunma sayı: 9311

Vergilər naziri Fazil Məmmədovun əmri ilə Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamenti yaradılıb.

“Qafqazinfo” xəbər verir ki, yeni yaradılmış strukturun ştat tərkibi Bakı Vergilər Departamentinin işçiləri hesabına formalaşdırılıb.

Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəisinin 1-ci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Zaur Fətizadə 1 saylı Vergilər Departamentinin rəisi vəzifəsinə təyin olunub.