Vətən müharibəsi iştirakçısı bədbəxt hadisə nəticəsində öldü

veten-muharibesi-istirakcisi-bedbext-hadise-neticesinde-oldu
Oxunma sayı: 4128

Şabranda Vətən müharibəsi iştirakçısı bədbəxt hadisə nəticəsində ölüb.

“Qafqazinfo” xəbər verir ki, Şabran rayonu Dəvəçi kəndi ərazisində yerləşən təkər təmiri sexində işləyən 1999-cu il təvəllüdlü Rəfail Əzimov təmir işi görərkən yük maşınının təkərinin partlaması nəticəsində almış olduğu xəsarətlərdən dünyasını dəyişib.

Məlumata görə, R.Əzimov qardaşına kömək etmək məqsədilə sexə gəlibmiş.

Faktla bağlı Şabran rayon prokurorluğunda araşdırma aparılır.