Vidadi Zeynalovdan Adəm Məmmədovla bağlı açıqlama gəldi

vidadi-zeynalovdan-adem-memmedovla-bagli-aciqlama-geldi
Oxunma sayı: 7696

Xəbər verdiyimiz kimi, tanınmış vəkil Adəm Məmmədova qarşı “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevi döymə iddiası ilə bağlı cinayət işi açılıb.

“Qafqazinfo” xəbər verir ki, A. Məmmədovun sözlərinə görə isə, məsələnin məğzi vəkili olduğu, hazırda həbsdə yatan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalovla bağlıdır. Vəkil iddia edir ki, o, Vidadi Zeynalovda MTN generalları haqda ilginc məlumatların olmasını mətbuata ötürəndən sonra, ona cinayət işi açılıb. A. Məmmədovun iddasına görə, Zeynalovda olan məlumatların istintaqa açıqlanması sabiq Aparat rəhbərinə həyatı bahasına başa gələ bilər.

Vidadi Zeynalovun isə məsələyə reaksiyası gecikməyib. Həbsdə olan keçmiş Aparat rəhbərinin ikinci vəkili Muğan Əliyev “Qafqazinfo” ilə əlaqə saxlayaraq bildirib ki, Vidadi Zeynalov bu iddianı təkzib edir. Vəkil müvəkkilinin MTN generalları ilə bağlı heç bir məlumatı Adəm Məmmədova ötürmədiyini də qeyd edir.