Vilayət Eyvazova yeni müavin təyin edildi

vilayet-eyvazova-yeni-muavin-teyin-edildi
Oxunma sayı: 12513

Azərbaycan Daxili İşlər nazirinin birinci müavini vəzifəsinə təyinat olub.

"Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamla polis general-mayoru Seyfulla Əzimov Daxili İşlər nazirinin birinci müavini təyin edilib.

Qeyd edək ki, Əzimov daha öncə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi olub.

Xatırladaq ki, cari ilin iyun ayının 20-dək sözügedən postu hazırkı Daxili İşlər naziri Vilayət Eyvazov tutub.