Xavi azarkeşlərdən üzr istədi

xavi-azarkeslerden-uzr-istedi
Oxunma sayı: 2142

“Barselona”nın baş məşqçisi Xavi İspaniya Superkubokunun final oyununda “Real”a məğlub (1:4) olduqlarına görə azarkeşlərdən üzr istəyib.

“Qafqazinfo” “Marca”ya istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis həlledici qarşılaşmada istədikləri kimi oynamadıqlarını bildirib:

“Bu turnirə böyük ümidlərlə gəlmişdik. Əslində, motivasiyamız da yüksək idi. Amma ən pis oyunumuzu oynadıq. Debüt yaxşı alınmadı, sonradan qol vursaq da, 1:3-dən sonra işimizi ciddi şəkildə çətinləşdi. Madridlilər əks-hücumlarda çox təhlükəli idi, onları dayandıra bilmədik. Məğlubiyyətə görə azarkeşlərdən üzr istəyirəm. Futbolçu karyeramda da çox məğlubiyyətlər yaşamışam, amma sonda istədiyimizə çatmışıq. “Barsa” yenə də güclü qayıdacaq”.