Xəstəxanadakı yaralı Nardaran sakinlərinin - Adları

xestexanadaki-yarali-nardaran-sakinlerinin-
Oxunma sayı: 7302

“Nardaran əməliyyatı” zamanı yaralanan yerli sakinlərin adları bəlli olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, noyabrın 26-da Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən keçirilən əməliyyat zamanı şübhəli bilinən şəxslər polisə müqavimət göstəriblər.

Atışma nəticəsində 2 polis əməkdaşı vəfat edib, cinayətkar dəstənin isə 5 üzvü həlak olub. Daha bir neçə nəfər yaralanıb.

Yaralı olan Bakı sakini 1997-ci il təvəllüdlü Cahad Hüseyn oğlu Balakişizadə, 1987-ci il təvəllüdlü Bəhruz Rahib oğlu Əsgərov və 1983-cü il təvəllüdlü Şamil Adil oğlu Abduləliyev Sabunçu rayonunda yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasında müalicə olunurlar. Əməliyyat zamanı baş verən atışmada C.Balakişiyev sol döş qəfəsindən, Bəhruz Əsgərov sol baldırından, Şamil Abduləliyev isə sağ baldırından güllə yarası alıb.

Digər bir yaralı 1977-ci il təvəllüdlü Əbülfəz Heybət oğlu Bünyatov yaralı vəziyyətdə Daxili Işlər Nazirliyinin Hospitalına yerləşdirilib. O hazırda da hospitalda saxlanılır və 24 saat polis nəzarəti altındadır.

Qeyd edək ki, əməliyyat Əbülfəz Bünyatovun evində keçirilmişdi.

Murad Əhməd