Xəzər dənizində itkin düşən Hərbi Hava qüvvələrinə məxsus “Miq-29” təyyarəsinin itkin düşən pilotu tanınmış politoloq Qabil Hüseynlinin kürəkəni imiş.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ölkə.az-a Q.Hüseynli özü məlumat verib.
Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, hadisə ötən gecə baş verib. Qeyd edilir ki, gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin (HHQ) MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.
***
Qabil Hüseynli Azvision.az -a bildirib ki, qəzaya düşən pilot Rəşad Atakişiyev polkovnik-leytenant rütbəsini daşıyıb:
“Rəşad mənim kürəkənimdir. 20 ildən çox idi ki, xidmət edirdi. Çalışdığı hərbi hissənin ən təcrübəli, peşəkar pilotlarından biri, həm də hərbi hissə komandirinin müavini idi”.
Son xəbərlər
Son Xəbərlər