XİN İsveçrəyə başsağlığı verdi

xin-isvecreye-bassagligi-verdi
Oxunma sayı: 557

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsveçrənin Kran-Montana kurortunda baş vermiş faciəvi yanğınla bağlı başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə nazirliyin “X” sosial media hesabında paylaşım edilib:

“Kran-Montanadakı faciəvi yanğın xəbəri bizi dərindən kədərləndirdi, bu hadisə bir çox insanın həyatına son qoydu və xəsarətlərə səbəb oldu. Qurbanların ailələrinə və İsveçrə xalqına səmimi başsağlığı verir, dərin hüznümüzü bildiririk. Sevdiklərini itirənlərin yanında olduğumuzu bildirir, yaralananlara isə tezliklə sağalmağı arzulayırıq”.

Xatırladaq ki, yanvarın 1-də Alp dağlarındakı Kran-Montana xizək kurortunda yerləşən “Le Constellation” adlı barda güclü partlayış və yanğın baş verib. Hadisə nəticəsində təxminən 40 nəfər həlak olub, 100 nəfər isə xəsarət alıb.