“Xırdalan” ikinci dövrəyə qələbə ilə başladı

xirdalan-ikinci-dovreye-qelebe-ile-basladi
Oxunma sayı: 1019

Bu gün Şəki Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) 10 -cu turunun növbəti oyunu baş tutub. 

"Qafqazinfo" xəbər verir ki, "Xırdalan" basketbolçuları səfərdə "Şəki" klubunun qonağı olub və rəqibinə 107-92 hesabı ilə qalib gəlib. Ən məhsuldar basketbolçular: "Şəki" (Dayron Kinq - 24 xal, 6 ribaund), "Xırdalan" (Teyvion Körk - 29 xal, 6 asist)

Qeyd edək ki, 10-cu turun son oyunu bu gün saat 18:00 -da "Gəncə" və "Sabah" klubları arasında keçiriləcək.