Xırdalanda güclü yanğın - Video + Yenilənib

xirdalanda-guclu-yangin
Oxunma sayı: 6983

Xırdalanda güclü yanğın başlayıb.

“Qafqazinfo” xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonunun Xırdalan şəhərində otluq və qamışlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

***

Abşeron rayonunun Xırdalan şəhərində otluq və qamışlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.