“Xoşqədəm Hidayətqızının adını çox çəkirsiz, düşər-düşməzi olar”

“Xoşqədəm Hidayətqızının adını çox çəkirsiz, düşər-düşməzi olar”
Oxunma sayı: 5831

109 saylı Balakən seçki dairəsindən qeydə alınmış bir neçə namizəd həmin dairədə qeydə alınmış digər namizəd Nəsib Məhəməliyev barəsində şikayət ediblər.

"Qafqazinfo" xəbər verir ki, şikayət barədə MSK üzvü Qabil Orucov məlumat verib. O qeyd edib ki, şikayətçilər iddia edir ki, Nəsib Məhəməliyev "Xəzər" televiziyasının efirində gedən "Səni axtarıram" verilişində  23 yanvar tarixində xeyriyyəçilik edib.

Bununla da, Seçki Məcəlləsinin tələbinin pozulması qeydə alınıb.

Şikayət MSK tərəfindən araşdırılıb. Məsələylə bağlı "Xəzər" televiziyasına sorğu verilib. Televiziya sorğuya cavab olaraq bildirib ki, 23 yanvar tarixində gedən verilişdə Nəsib Məhəməliyevin maraqlarını təmsil edən hər hansı şəxs və ya hal müşahidə edilməyib. Eyni zamanda, verilişdə yardım edilən şəxs olan  Babayeva Yeganə adlı şəxsin adı 109 saylı Balakən seçki dairəsinin seçici siyahısında yoxdur. 

Həmçinin şikayət edilən tərəf N. Məhəməliyevlə də əlaqə saxlanılıb. O bildirib ki, 2019- cu ildə keçirilən verilişin bir proqramında xəstə uşağın müalicəsiylə bağlı keçirilən aksiyada iştirak edib.

MSK sədri Məzahir Pənahov müraciəti səsləndirən MSK üzvü Qabil Orucova kiçik irad tutub. 

"Siz müraciəti oxuyanda Xoşqədəm Hidayətqızının adını çox çəkirsiz, düşər-düşməzi olar. Bir dəfə qeyd elədiniz bəsdir", - deyə bildirib.

Beləliklə, MSK N. Məhəməliyevlə bağlı şikayəti əsassız hesab edərək qəbul etməyib.

Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi