“Xoşqədəmlə əkiz oğlanlarım olacaq” - Doğuş

xosqedemle-ekiz-oglanlarim-olacaq
Oxunma sayı: 7146

"Əkiz övladlarım olacaq. Onlar oğlandırlar".

“Qafqazinfo”nun ans press-ə istinadən məlumatına görə, bunu aparıcı Xoşqədəm Hidayətqızının həyat yoldaşı, müğənni Doğuş deyib.

O, həyat yoldaşının hamilə olduğunu eşidəndə sevincdən ayaqlarının yerdən kəsildiyini də qeyd edib. "Gözümdən yaşlar axdı. Mən 41 yaşındayam, həyat yoldaşım da. Uşaqlarım Türkiyədə doğulmalıdırlar.

Onların ay-ulduzlu sənədlərini görməliyəm. Vətənimə aşiqəm. Məsələn, həyat yoldaşım deyir ki, ABŞ-da doğulsunlar. Mən isə deyirəm ki, mən milliyətçiyəm, uşaqlar Türkiyədə doğulmalıdır".

Onun sözlərinə görə, həyat yoldaşı Azərbaycanda yaşadığı üçün ona gedib-gəlmək çətin olur. Bunun üçün də onun Türkiyədə çalışmasını istəyir.

İfaçı artıq doğulmamış əkizləri ilə bağlı plan da qurub. "Onları bir konsertimə də çıxarmağı düşünürəm. İkisini də boynuma alıb mahnı oxuyacağam. Gələcəkdə gözəl bir xatirə olar".

Qeyd edək ki, müğənni Doğuş aparıcı Xoşqədəm Hidayətqızı ilə 2014-cü ildə evlənib.