Xruşşovun nəvəsi faciəvi şəkildə öldü

xrussovun-nevesi-facievi-sekilde-oldu
Oxunma sayı: 820

Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Nikita Xruşşovun nəvəsi faciəvi şəkildə vəfat edib. 

“Qafqazinfo” RİA Novosti-yə istinadən xəbər verir ki, Yuliya Xruşşova Moskvada elektrik qatarının altında qalıb. 

Bu barədə məlumat mətbuata hüquq-mühafizə orqanlarından sızıb. Hadisə “Solneçnaya” stansiyasında qeydə alınıb. Şahidlərin məlumatına görə, 77 yaşlı Xruşşovanı Vnukovo-Moskva qatarı vurub. 

Daxili İşlər Nazirliyi qəzanı və 1940-cı il təvəllüdlü qadının ölməsi faktını təsdiqləsə də, detalları açıqlamayıb. 

Qeyd edək ki, Nikita Xruşşovun oğlu Leonid Xruşşov pilot-qırıcı olub. Döyüş tapşırığından qayıtmadıqdan sonra atası onun qızını övladlığa götürüb. Beləliklə də Yuliya Xruşşova elə babasının yanında böyüyüb.