Ötən gün Abşeron rayonu Masazır qəsəbəsindəki evlərdən birində azyaşlının ağır xəsarət alması ilə nəticələnən hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə zamanı azyaşlı Ə.Məmmədli ağır yanıq xəsarətləri alıb.
Azyaşlının anası dərhal təcili tibbi yardıma müraciət etsə də, onların gec gələ biləcəyini düşünərək övladını götürərək küçəyə çıxıb. Bu zaman o, ərazidə xidmət aparan Zəngilan RPŞ-nin DYP Bölməsinin əməkdaşlarını görərək onlara müraciət edib.
Uşağın təcili xəstəxanaya çatdırılmalı olduğunu görən yol polisi əməkdaşları dərhal ana və övladını avtomobilə əyləşdirərək onları paytaxtın Nərimanov rayonunda yerləşən Respublika Yanıq Mərkəzinə çatdırıblar.
***
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Qafqazinfo"nun sorğusu cavablandırılıb: “Məmmədli Əlizamin Pərviz oğlu 27 avqust 2023-cü il tarixində bədən səthinin 50% termiki yanıq diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə daxil olub. Ona zəruri tibbi xidmət göstərilib. Hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir”.
Zəngilan RPŞ-nin DYP Bölməsinin xidməti avtomobilində çəkilmiş həmin görüntüləri təqdim edirik:
Son xəbərlər
Son Xəbərlər