Yanğınla bağlı həbslər başladı- - Şirkət rəhbəri tutuldu+Yenilənib

yanginla-bagli-hebsler-basladi-
Oxunma sayı: 18675


“Qafqazinfo”nun məlumatına görə, bu barədə Baş Prokurorluq, FHN və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin yaydığı birgə məlumatda qeyd edilir.

Qulluq mənafeyi tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməyən və istehsal etdiyi keyfiyyətsiz üzlüklərlə həmin binada fasadlama işləri aparmış “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov iş üzrə şübhəli şəxs qismində tutulub.

Araşdırmaların gedişi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

***

Qeyd edək ki, şirkət rəhbərinin Miryusif Mahmudovun saxlanılması xəbərindən sonra ona məxsus şirkətin internet saytı fəaliyyətini dayandırıb.

***

Binəqədidə yanğına görə həbs olunan "GLOBAL" Şirkətlər qrupunun rəhbəri Miryusif Mahmudov əslən Gəncəlidir.

Strateq.az bildirir ki, "Global Construction” şirkəti 2006-cı ildə yaradılıb. Şirkət böyüklüyünə görə, ölkənin ən tanınan tikinti şirkəti hesab olunur. Onun rəhbərlik etdiyi “Global Stone” şirkəti 2012-ci ildə nüfuzlu CE sertifikatına layiq görülüb. Qafqaz regionunda poliuretan fasad örtüyünün yeganə istehsalçısı olan “Global Stone” MMC  Azərbaycanda bu sertifikatı alan ilk özəl şirkəti olub.

Bu şirkət həmçinin Gəncədə  Heydər Əliyev Mərkəzini tikib.

***

Azvision.az-ın məlumatına görə, “General Construction” 2001-ci ildə Panamada qeydiyyatdan keçmiş “Oceanstream İNC” adlı offşor şirkət tərəfindən təsis olunub. Həmin təsisçi şirkətin sahibi azərbaycanlı iş adamı Xaqani Bəşirovdur.

Xəqani Bəşirov eyni zamanda Lüksemburq-Azərbaycan Mədəniyyət Cəmiyyətinin yaradıcısı və sədridir. Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, həmin cəmiyyətlə uzun müddətdir ki, əlaqə yaratmaq mümkün deyil.

Haqqın.az xəbər verir ki, “Global Construction” şirkətinin adı 2011-ci ildə Beynəlxalq Bankdan yüz milyonlarla dollarlıq vəsaitin kredit şəklində çıxarılması və geri qaytarılmaması ilə bağlı qalmaqalda çəkilmişdi.