YAP-ın qurultayı başa çatdı - Yenilənib

yap-in-qurultayi-basa-catdi
Oxunma sayı: 8474

Bu gün Yeni Azərbaycan Partiyasının növbədənkənar VII qurultayı keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, qurultay saat 10:00-da öz işinə başlayacaq. 

Prezident İlham Əliyev də onlayn formatda qurultayda iştirak edəcək və çıxış edəcək.

Qurultayda bir sıra mühüm dəyişikliklər ediləcəyi, həmçinin məşhur simaların İdarə Heyətindən və Siyasi Şuradan uzaqlaşdırılacağı gözlənilir.

Qeyd edək ki, dünən 6 partiya da YAP-a birləşəcəyi barədə qərar verib.

***

Qurultay başladı.

***

Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultayda videoformatda çıxış edib.

Qurultayda ötən dövrün hesabatları dinləniləcək, partiyanın rəhbər strukturları yenidən formalaşdırılacaq.

***

Qurultay başa çatıb. YAP İdarə Heyəti formalaşıb, partiyanın Siyasi Şurası ləğv edilib.

Günel Türksoy