YAP onlardan imtina etdi - Siyahı

yap-onlardan-imtina-etdi-
Oxunma sayı: 10844

Yeni Azərbaycan Partiyasının açıqladığı deputatlığa namizədlər siyahısında hazırda YAP-ın deputatı olan bəzi şəxslərin adı yoxdur.

“Qafqazinfo” xəbər verir ki, BDU-nun rektoru 16 saylı Yasamal ikinci seçki dairəsindən YAP-ın deputatı seçilmiş Abel Məhərrəmovun yerinə İbrahimov Xıdır Mənsum oğlunun, 27 saylı Sabunçu ikinci seçki dairəsindən deputat olan Qalib Salahzadənin yerinə Cəbrayılova Dilarə Məmmədağa qızının, 34 saylı Xətai ikinci seçki dairəsindən Gülər Əhmədovanın yerinə İbrahimov Calal Ağarza oğlunun 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən Asəf Hacıyevin yerinə Həmzəyev Naqif Ələşrəf oğlunun namizədliyi irəli sürülüb.

Bundan başqa Fərhad Qəribovun yerinə (57 saylı Kürdəmir seçki dairəsi) Qəribov Nizami İsməli oğlu, 62 saylı Saatlı seçki dairəsindən Cəlal Əliyevin yerinə Rəşidov Nazim Sahib oğlu namizəd
olub.

81 saylı Beyləqan seçki dairəsindən deputat Ayaz Orucov da siyahıda yoxdur. Onun yerinə İsmayılov Şahin Əmir oğlu namizəd olub. 107 saylı Qazax seçki dairəsində Əhməd Vəliyev yerinə Əhmədov Zeynal Akif oğlu, 109 saylı Balakən seçki dairəsindən Rəbiyyət Aslanovanın yerinə Məhməliyev Nəsib Məhəmməd oğlunun namizədliyi irəli sürülüb.

 55 saylı Xaçmaz şəhər seçki dairəsindən Arif Əşrəfovun yerinə Səlimov Eldəniz Adil oğlu, 77 saylı Astara seçki dairəsindən Aslan Cəfərovun yerinə Mahmudov Rəşad Məmmədqulu oğlu, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən Ərəstun Cavadovun yerinə Mütəllimov Əlyunis Əlyusif oğlu, 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən Gülçöhrə Məmmədovanın yerinə Vəliyev Ağalar İsrafil oğlu namizəd olub.