Yaponiya Rusiya və Ermənistan şirkətlərinə sanksiya tətbiq edib

yaponiya-rusiya-ve-ermenistan-sirketlerine-sanksiya-tetbiq-edib
Oxunma sayı: 786

Yaponiya Rusiya, Ermənistan, BƏƏ, Suriya və Özbəkistan şirkətlərinə qarşı yeni sanksiyalar tətbiq edib. 

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı Yaponiyanın İqtisadiyyat Nazirliyi yayıb. 

Məlumata görə, Rusiya şirkətləri ilə bağlı sanksiya dekabrın 22-dən, Ermənistan şirkətlərinə qoyulan məhdudiyyətlər isə dekabrın 27-dən qüvvəyə minəcək. 

Bildirilir ki, burada söhbət əsas olaraq Ermənistanın “Tako” şirkətindən gedir. Şirkət Çinin radioelektron məhsullarının Rusiyaya ixracı ilə məşğul olur. “Tako”, həmçinin daha əvvəl də ABŞ və Avropa İttifaqının sanksiya siyahısına daxil edilib.