Yaxınları Rəhim Rəhimli ilə vidalaşdı - Video + Fotolar

yaxinlari-rehim-rehimli-ile-vidalasdi
Oxunma sayı: 11780

Bu gün dünyasını dəyişən bəstəkar-müğənni Rəhim Rəhimli ilə vida mərasimi keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, müğənninin ölüm xəbərini eşidən yaxınları, dostları onunla vidalaşmaq üçün evinə gəlib.

Qeyd edək ki, 43 yaşlı sənətçi gecə saatlarında evində ürəktutmadan dünyasını dəyişib. O, bu gün Bülbülə qəbiristanlığında dəfn olunacaq.

Fotolar: Pərvin Zeynal