Azərbaycanda Yeni ilin daxil olmasına saatlar qalmış Okeaniyada yerləşən Yeni Zelandiyada artıq Yeni il qarşılanıb.
“Qafqazinfo” xəbər verir ki, Cənub yarımkürəsində yerləşən və hazırda yay mövsümünün yaşandığı bu ölkənin Okland şəhərində bayram atəşfəşanlığı təşkil edilib.
Şəhərin ən böyük binası olan “Sky Tower”də təşkil edilən mərasimi minlərlə insan canlı izləyib.
Yeni Zelandiyanın ardınca Avstraliya, Samoa, Tonqa, da Yeni ili qarşılayıb.
Son xəbərlər
Son Xəbərlər