Yeni təyin olunan icra başçısının ilk işi bu oldu

yeni-teyin-olunan-icra-bascisinin-ilk-isi-bu-oldu
Oxunma sayı: 15140

Yevlax rayonunda uzun müddət bağlı qalan mərkəzi yol açılaraq sakinlərin istifadəsinə verilib.

"Qafqazinfo" xəbər verir ki, Yevlax Rayon İcra Hakimiyyətinin yeni başçısı Anar Tağıyev bununla bağlı tapşırıq verib.

Xatırladaq ki, həmin yol Rayon İcra Hakimiyyətinin qarşısından keçdiyi üçün uzun müddət bağlı qalmışdı. Şəhərin mərkəzi küçələrindən hesab edilən yol Heydər Əliyev prospekti ilə kəsişir.

Rayon sakinləri Trend-ə bildirib ki, 15 ildir bağlı olan yol avtomobillərin şəhərin mərkəzi ilə hərəkətinə çətinlik yaradırdı.