Yeni Zelandiya sahillərində güclü zəlzələ

yeni-zelandiya-sahillerinde-guclu-zelzele
Oxunma sayı: 1424

Yeni Zelandiya sahillərində 6,4 maqnitudalı zəlzələ olub.

Bu barədə “Qafqazinfo” ABŞ-ın Geoloji Xidmətinə istinadən bildirir.

Onun məlumatına görə, yeraltı təkanların episentri 34 minə yaxın əhalisi olan Qisborn şəhərindən 176 kilometr şimali-şərqdə, ocağı isə 9,2 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.