Yerevanın mərkəzində Polad Həşimovla Elşad Məmmədovun adına küçə - Foto

yerevanin-merkezinde-polad-hesimovla-elsad-memmedovun-adina-kuce
Oxunma sayı: 15900

Google Maps xəritələrində Yerevanın mərkəzi küçələrinə Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovla Elşad Məmmədovun adları verilib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə “Çiçəklənən Ermənistan” parlament fraksiyasından olan deputat Naira Zoqrabyan "Facebook" səhifəsində yazıb.

"Faktiki olaraq, mən hazırda Polad Həşimov küçəsində yaşayıram. Siz hələ də türklərlə sülhü təbliğ edin", - deyə Zoqrabyan qeyd edib.

O bildirib ki, xəritədə adlar azərbaycanlılar tərəfindən dəyişdirilib. 

Qeyd edək ki, Polad Həşimovla Elşad Məmmədov 2020-ci ilin iyulunda Tovuz döyüşlərində şəhid olublar.