Yol polisi uşağı xidməti maşınla vuraraq öldürdü

yol-polisi-usagi-xidmeti-masinla-vuraraq-oldurdu
Oxunma sayı: 11792

Ağsuda yol polisi azyaşlı qızı DYP avtomobili ilə vuraraq öldürüb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, hadisə aprelin 13-də saat 18 radələrində qeydə alınıb. Ağsu şəhəri ərazisində Cavid Kərimov idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən şəhər sakini, 10 yaşlı Nəzrin Məhərrəmlini vurub.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Ağsu RPŞ tərəfindən araşdırma aparılır.

Report-un məlumatına görə, hadisəni törədən C.Kərimov yol polisi əməkdaşıdır.