Zakir Qaralovdan yanğınla bağlı - - Açıqlama

zakir-qaralovdan-yanginla-bagli-
Oxunma sayı: 9529


"Qafqazinfo" “report”a istinadən xəbər verir ki,  bu barədə jurnalistlərə açıqlamasında baş prokuror Zakir Qaralov məlumat verib. O, yaralıların olduğunu da bildirib.

Yaralıların dəqiq sayı bilinmir.

Z. Qaralov bildirib ki, yanğın binanın üzlüyünün keyfiyyətsiz olması səbəbindən baş verib. 

***

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Trend-ə bildirib ki, bina yanğını zamanı ölənlərin sayı 6 nəfərə çatıb, xəsarət alanlar isə 20 nəfərdir. 6 nəfərə hadisə yerindəcə ilkin yardım göstərilib.

***

APA-nın xəbərinə görə, Bakıda yaşayış binasında baş verən yanğınla bağlı Fövqəladə Hallar, Daxili İşlər nazirlikləri və Baş Prokurorluq birgə istintaq qrupu yaradıb.Baş prokuror Zakir Qaralov deyib ki, bu sahədə ixtisaslaşdırılmış kadrlar istintaqa, əməliyyat qrupuna cəlb olunub: “Yanğına ilkin səbəb binanın üzlük örtüyünün lazımı keyfiyyətdə olmamasıdır. İcra orqanlarından təhvil-təslim aktları götürülüb. Bu hərəkətə lazımi qiymət veriləcək”.