Zelenski Avropa Parlamentində çıxış etdi - Video + Yenilənib

zelenski-avropa-parlamentinde-cixis-etdi
Oxunma sayı: 10879

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Avropa Parlamentində çıxış edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Zerkalo nedeli” nəşri yayıb.

Çıxış saat 13:00-dan sonraya (Bakı vaxtı ilə 15:00-dan sonra – red.) planlaşdırılır. Dəqiq vaxt bilinmir.

***

Volodimir Zelenskinin Avropa Parlamentində videokonfrans formatında çıxışı başlayıb.

***

Zelenski çıxışı zamanı Avropa İttifaqını Ukraynanı quruma qəbul etməyə çağırıb:

“Belə bir ifadə var – Avropanın Ukrayna seçimi. Bu gün sizdən bizə “Avropa tərəfindən Ukraynanın seçilməsi” ifadəsinin səslənməsini eşitmək istərdim.

Hörmətli iştirakçılar, bizim çox motivasiyalı xalqımız var, biz öz hüquqlarımız, azadlığımız və həyat üçün, indi isə həyatda qalmaq üçün mübarizə aparırıq və bu, bizim əsas motivasiyamızdır. Lakin biz həm də Avropanın bərabərhüquqlu üzvləri olmaq üçün mübarizə aparırıq. Hesab edirəm ki, biz hər kəsə kim olduğumuzu göstəririk. Aİ bizimlə möhkəm olacaq”.

Avropa Parlamentinin deputatları Zelenskini ayaqüstə alqışlayıb.