Zelenski Putinlə danışıqlar üçün ilk şərtini açıqladı - Video

zelenski-putinle-danisiqlar-ucun-ilk-sertini-aciqladi
Oxunma sayı: 9574

Ukrayna Prezidenti Volodimir Zelenski Amerikanın CNN telekanalına müsahibəsində Rusiya Prezidenti Vladimir Putinlə danışıqlara hazır olduğunu bildirib.

“Qafqazinfo” xəbər verir ki, Zelenski deyib: 

“Dünya artıq başa düşür ki, Rusiya prezidentini danışıqlar masası arxasına oturtmaq lazımdır. Nə qədər ki, onlar hələ də onunla danışıqlar masası arxasında əyləşməyə hazırdırlar. Elə mən də... İlk növbədə, tam atəşkəsin olacağına dair ən azı bəzi işarələr vermək lazımdır. Təyyarələr uçarkən və bombardmanlar davam edərkən danışıqlar masasına əyləşmək olmaz”.