Zəncirvari qəza törədən qadın hadisə yerindən qaçdı - Fotolar+Video

zencirvari-qeza-toreden-qadin-hadise-yerinden-qacdi
Oxunma sayı: 5402

Yevlaxda 3 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Salahlı kəndində  qeydə alnıb. Qadın sürücünün idarə etdiyi "BMW" markalı maşın idarəetmədən çıxaraq "VAZ 2107" və "VAZ 2114" markalı avtomobillərlə toqquşub. BMW-nin sürücüsü qəzadan sonra hadisə yerindən qaçıb.

Qəza zamanı müxtəlif bədən xəsarətləri alan Mingəçevir sakinləri, 1980-ci il təvəllüdlü Cəfərov Qəzənfər Zaur oğlu və 1988-ci il təvəllüdlü Məcidov Hüseyn Sahib oğlu xəstəxanaya yerləşdirilib.

Faktla  bağlı araşdırma aparılır.