Ziya Məmmədovun əmisi oğlundan şikayət

ziya-memmedovun-emisi-oglundan-sikayet
Oxunma sayı: 2533



G. Hüseynova bildirir ki, Mənsur Məmmədov onların mənzil problemini həll etmək istəmir: “Qayınatamdan qalan 4-otaqlı evin 1-otağında 6-nəfərlik ailə üzvləri ilə biz, digərində qayınlarımın ailəsi qalır. Uşaqlarımın 4-ü də azyaşlıdır. 2 uşağım isə əkizdir. Həyat yoldaşım 150-manat əmək haqqı alır. Özüm 2-ci qrup əliləm. Ürək, şəkər, zob xəstəliklərindən əziyyət çəkirəm. 1-otaqda darısqal şəraitdə yoxsulluq həddində acınacaqlı durumda yaşayırıq. Bunu Allah da götürməz, amma rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov bu zülümü bizə yaşadır”. 

Şikayətçi bildirir ki, onların çoxsaylı müraciətlərindən sonra yaşayış şəraitləri ilə tanış olublar: “Bizə verilən cavab məktubunda qeyd edilib ki, kommunal mənzil vətəndaşlara növbəlik əsasında verilir, dövlət mənzil fondunda boş yer olmadığı üçün sizin kommunal mənzil tələbinizi ödəmək mümkün deyil. Bildirirəm ki, bunların hamısı tam yalandır. Növbədənkənar çoxlu sayda sakinlərə pul alaraq mənzil veriblər. Həmçinin boş yaşayış sahəsi də var. Sadəcə olaraq bizim pulumuz yoxdur. Rayon rəhbərliyinin başı bazar açmağa qarışıb sakinlərin problemlərinə baxılmır. Həyat yoldaşımın maaşı mənim təqaüdüm yeməyimizə çatmır. Bəlkə də Azərbaycanda bizim kimi 2-ci ailə yoxdur ki, belə yoxsulluq vəziyyətindən də aşağı həddə dözülməz şəraitdə yaşasın . Göyçay rayon icra hakimiyyəti başçısının Rəşxəndə Rəcəbova adlı müavini pensiya yaşı keçsə də hələdə vəzifədədir. Bizim ərizəmizə də başdansovdu cavabı həmin 68yaşlı müavin verib. Mənsur Məmmədovun və Rəşxəndə Rəcəbovanın imarətləri, mülkləri var. Rahat yüksək səviyyədə yaşayırlar. Bizim ailə isə əzab-əziyyət çəkir”. 
Göyçay sakini ölkə başçısına və birinci xanım Mehriban Əliyeva da müraciət etdiyini qeyd edib. “İnanıram ki,müraciətimə müsbət cavab veriləcək”.

Qeyd edək ki, Göyçay rayonunun içra başçısı M. Məmmədov nəqliyyat naziri Ziya Məmmədovun əmisi oğludur.