Zümrüd Qasımova işdən çıxdı

zumrud-qasimova-isden-cixdi
Oxunma sayı: 1716

ARB TV-də yayımlanan “Gəlin danışaq” verilişinin aparıcısı Zümrüd Qasımova işdən ayrılıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə teleaparıcının özü instaqramda məlumat yayıb. 

Qasımova kanalla yollarını ayırdığını bildirib:

“Bu gün ARB TV ilə yollarımızı ayırdıq. Bu bir il ərzində mənimlə çiyin-çiyinə işləyən hər bir kəsə təşəkkür edirəm. Hamıya uğurlar”.