Qaxda bayraq meydanının tikintisinə başlanılıb. Mart ayından başlanan meydan şəhərin girişində inşa edilir.
"Qafqazinfo" Kanal S-ə istinadən xəbər verir ki, Bayraq meydanı Qədim və müasirliyi özündə birləşdirən bir görünüşə malik olacaq. Hündürlüyü 55 metr olan bayrağın rayonun müxtəlif nöqtələrindən aydın görüləcəyi planlaşdırılır.
Meydan 3 hissəddən ibarət olacaq. Nəqliyyat vasitələri üçün dayanacaq həmçinin bağ hissədən ibarət meydanın daxilində muzey, tarixi ekspozisiya nümayişi zonasının, şəhər informasiya mərkəzinin də tikiləcəyi nəzərdə tutulub. 3 hektar sahədə tikiləcək meydanın tikinti sahəsi 1 hektardır. Ərazinin həyətyanı sahəsində meydan, park və gəzinti zonası, ağaclıq, yaşıllıq zonası olacağı da bildirilib.
Son xəbərlər
Son Xəbərlər