Rusiyanın Kemerovo şəhərində “Qış Albalısı” ticarət mərkəzində yanğın hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Ria Novosti” məlumat yayıb.
Məlumata görə, hadisə yerində tüstüdən zəhərlənən 4 uşaq ölüb.
Hazırda yanğının səbəbi araşdırılır.
***
“Qafqazinfo” “TASS” agentliyinə istinadən xəbər verir ki, yanğında ölənlərin sayı 5 nəfərə çatıb. bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Məlumata görə, yanğın zamanı 3 qadın, bir uşaq və bir kişi həyatını itirib.
30 yaralı isə xəstəxənaya yerləşdirilib.
***
Ölənlərin sayının 12-yə çatdığı açıqlanıb. 43 nəfər xəsarət alıb.
Bundan başqa, 69 nəfərin itkin düşdüyü bildirilir. Onlardan 40-ı uşaqdır.
Ülviyyə
Son xəbərlər
Son Xəbərlər