Nazpəri Dostəliyeva və ailəsi - Fotosessiya

nazperi-dosteliyeva-ve-ailesi-fotosessiya
Oxunma sayı: 28056

Sevimli müğənni, xalq artisti Nazpəri Dostəliyeva 1964-cü il dekabrın 23-də Bakıda doğulub.

Sənətkar ailəsində boya-başa çatmış müğənninin atası Əhməd Əli Dostəliyev Şamaxının məşhur aşıqlarından olub. Bacısı Zeynəb Dostəliyeva da uzun illər sənətdə olub sözünü deyən sənətçilərimizdəndir.

Nazpəri Dostəliyeva bir dəfə Nəriman adlı bəylə ailəli olub. Sonradan bu evliliyə son qoyan müğənninin həmin evlilikdən Əli və Əkbər adlı iki oğlu var.

1980-ci il təvəllüdlü Əli Quliyev bir neçə il öncə sevib seçdiyi Nərmin adlı xanımla ailə həyatı qurub. Həmin nikahdan onların 4 yaşında Tamerlan adlı oğulları var.

Bir vaxtlar müğənnilik edən ikinci oğlu Əkbər isə hazırda bank sektorunda çalışır və öz həmkarı ilə nişanlıdır.

Nigar Məmmədli