İcra başçısının oğlu haqda həbs qərarı dəyişdi

-icra-bascisinin-oglu-haqda-hebs-qerari-deyisdi
Oxunma sayı: 8732


13 may 2015-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyilə çıxarılan hökmə əsasən, Ilham Əsgərli 5 il 6 ay, onunla birlikdə mühakimə olunan, yük maşınının sürücüsü Əhliman Süleymanov isə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Onların hər ikisi məhkəmə zalında həbs olunmuşdu.

 “Qafqazinfo” azadliq.info-ya istinadən xəbər verir ki, iyunun 29-da isə Bakı Apelyasiya Məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 may 2015-ci ildə İlham Əsgərli haqda çıxarıdığı 5 il 6 ay azadlıqdan məhrum etmə cəzasını dəyişərək, onun 3 il müddətinə  məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə qərar qəbul edib.  

Əhliman Süleymanova verilmiş 6 il müddəti isə dəyişdirilmədən saxlanılıb.

Prosesə Bakı Apelyasiya Məhkəməsinin hakimi Vaqif Mursaqulov sədrlik edib.