Rayonlarda güclü tufan, ağaclar kökündən çıxdı - Video

-rayonlarda-guclu-tufan-agaclar-kokunden-cixdi
Oxunma sayı: 8397

Şirvanda güclü külək dam örtüklərini yerə atıb, ağacları kökündən çıxarıb.

“Qafqazinfo” Region TV-yə istinadən xəbər verir ki, bəzi yerdə çardaqlar uçub, binanın üstündən düşən su çəni 2 avtomobili əzib. Külək elektrik naqillərini də sıradan çıxarıb. Bəzi yerlərdə elektrik enerjisi kəsilib. Təbii fəlakət şəhər təsərrüfatına xeyli ziyan vurub.

İmişli ərazisində də əsən güclü külək ciddi fəsadlar törədib. Rayonun Bəcirəvan kəndində külək elektrik naqilini qırıb. Nəticədə, ərazidə kənd sakininə məxsus olan iribuynuzlu heyvanlardan birini cərəyan vuraraq öldürüb.

Yerli qurumlar təbii fəlakətin fəsadlarını aradan qaldırılması istiqamətində işləri davam etdirirlər.