“Space”də daha bir biabırçılıq- - "Cıraram səni..."+Video

-spacede-daha-bir-biabirciliq-
Oxunma sayı: 10772


"Qafqazinfo" a24.az-a istinadən xəbər verir ki, bu gün “Space” kanalında yayımlanan “Əsl şou” verilişində daha bir biabırçı hadisə baş verib. Belə ki, verilişin aparıcısı, müğənni Səidə Sultan efirə yaraşmayan ifadə işlədib. Proqrama qonaq qismində çağırılan müğənni Rəhim Rəhimli sevgilisindən danışan zaman Səidə Sultan ona evlənməyi təklif edib. Hətta Rəhim Rəhimliyə misal olaraq, evlənəmək istəməyən müğənnilərdən biri kimi Niyam Salaminin adını çəkib. Bu zaman Rəhim Rəhimlinin Niyam haqqında dediklərinə müğənni efirə yaraşmayan sözlərlə reaksiya verib: “Adə, uşağımın xətrinə dəymə, cıraram səni”.