“Xəyanətə dözmədim, boşandım...” - Eks-ərindən danışdı

-xeyanete-dozmedim-bosandim
Oxunma sayı: 6032

6 illik həyat yoldaşı Kaan Tangözedən qalmaqallı şəkildə boşanan Seçkin Piriler “Renkli sayfalar” verilişinin qonağı olub.

Qafqazinfo” xəbər verir ki, model-aktrisa canlı yayımda yaşadığı çətin günlərdən danışıb.

Aktrisa Kaanın ona xəyanət etməsindən bəhs edib:

“Mediada onun başqa xanımla fotoları yayıldı. Həmin vaxtı dəfilədə idim, çox pis hala düşdüm. Kaanın yanına getdim, mənə heç bir şey izah etmədi. O ağlayırdı, dedi ki, mən nə edəcəm? Mən də ona baxıb ağladım. Uşaqlarım var idi, dözəcəyimi düşünürdüm. Amma heç nə keçmişdəki kimi olmadı.

Hər kəs mənə “ayrılma” dedi. Mən isə özümdə güc tapa bilmədim və boşandım. Yayılan fotolardan sonra bir neçə gün onunla yatdım, amma alınmadı. Mən əvvəl o qızın şəklini görmüşdüm, soruşdum kimdir? Dedi ki, köməkçimizdir. Mən cavab verdim ki, ondan xoşum gəlmədi”.

S.Piriler hadisədən sonra saçlarının töküldüyünü qeyd edib:

“Saçlarım tökülməyə başlayıb, yemək yeyə bilmirəm. Çəkim 49 kq oldu, heç bir paltarım ölçülərimə uyğun gəlmirdi. Anam mənə baxıb ağlayırdı. İntihar etmək istədim. Övladlarım olmasaydı qaranlıq duyğular içinə girəcəkdim. Mənə çox insan dəstək oldu. Qarşı tərəfi tək günahlandırmaq istəmirəm. Mənə doğruları danışa bilərdi, mən isə onun həyatındakı xanımı qəzetlərdən öyrəndim”.