Rəqqasə Oksana Rəsulova Azərbaycanda dolların məzənnəsinin qalxmasına münasibət bildirib.
“Qafqazinfo”ya açıqlama verən rəqqasə kreditinin az olduğunu bildirib:
““Xoş” xəbəri eşitdik, birtəhər oldum. Deyirlər ki, hələ də qalxacaq. Dollarla kredit götürmüşəm.Təxminən yarım qatını ödəcəyəm. Çox kreditim yoxdu, 10 min dollar dəyərində götürmüşəm. Belə necə davam edəcək bilmirəm. Vəziyyət çətinləşir”.
Qeyd edək ki, ötən günki məzənnəyə əsasən, 1 dollar 1.5500 manat, avro isə 1,6850 manat təşkil edib.
***
Azərbaycanda devalvasiya ATV-nin aparıcısı Şəhriyar Əbilova da təsir edib.
“Qafqazinfo”nun məlumatına görə, aparıcı planlarını bir neçə illik təxirə saldığını açıqlayıb:
“Dolların bahalaşması həm mənim bədii filmimin, həm də moda evimin açılışını bir neçə illik arxaya atdı. İnşallah heç bir işimizi dala atmarıq, elə yerimizdə qalarıq. Bu mənim toy qiymətimə heç bir təsiri olmayacaq. Bu yazıq camaata niyə əziyyət verək?”
Son xəbərlər
Son Xəbərlər