“Netflix” striminq servisi britaniyalı şahzadə Harri və həyat yoldaşı Meqan Markl barəsində lentə alınan sənədli serialın rəsmi treylerini yayımlayıb.
“Qafqazinfo” “Page Six” nəşrinə istinadən xəbər verir ki, sənədli serial “Netflix”də dekabrın 8-i yayımlanacaq.
Serialda cütlüyün ailə həyatı ilə bağlı xoş anlarla yanaşı, kral ailəsində keçirdikləri çətin dövrlərə də toxunulub.
Bildirilir ki, “Harry & Meghan” adlı sənədli serialın daha əvvəl yayımlanması planlaşdırılırdı. Lakin Britaniya kraliçası II Elizabetin sentyabrda dünyasını dəyişməsindən sonra serialın premyerasının vaxtı qeyri-müəyyən müddətə təxirə salınıb.
Mediada yayılan məlumata görə, cütlük serial üçün 100 milyon dollar əldə edib.

Son xəbərlər
Son Xəbərlər