12 yaşlı qız babası yaşda kişi ilə evlənərsə... - Təbrik edənlər də oldu...

12-yasli-qiz-babasi-yasda-kisi-ile-evlenerse
Oxunma sayı: 11816

Livanda Qadın Haqları Təşkilatı ölkədəki mövcud qanunvericiliyə və uşaq gəlinlərə diqqəti yönəltmək üçün maraqlı bir sosial eksperiment keçirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, plana əsasən, bir fotoqraf orta yaşlı bir kişi ilə 12 yaşlı qızın toy fotolarını çəkib. Həmin sosial layihə bir daha ölkədə uşaq evliliklərinə fərqli reaksiyaların olduğunu təsdiqləyib. Belə ki, 12 yaşlı qızı yaşlı adamdan xilas etmək istəyənlərlə yanaşı, cütlüyü təbrik edənlər də tapılıb.

Qeyd edilir ki, Livanda qanuni evlilik yaşı qadınlar üçün 17, kişilər üçün 18 göstərilsə də, ailələr icazə verərsə 9 yaşlı qızlar belə evlənə bilər.