14 yaşlı qız faciəvi şəkildə öldü - Bacısı yaralandı

14-yasli-qiz-facievi-sekilde-oldu
Oxunma sayı: 5772

Gəncədə bədbəxt hadisə baş verib.

Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, şəhərin "Vtoroy çast" deyilən ərazisində divar uçub, 18-20 yaşlarında iki qız dağıntıların altında qalıb.

Qızlardan biri Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına aparılarkən yolda ölüb, digəri isə müxtəlif bədən xəsarətləri ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Onların kimliyi dəqiqləşdirilir.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.

***

Ölən şəxs 2002-ci il təvəllüdlü İsmayılova Sona Osman qızı, xəsarət alan isə onun bacısı, 2001-ci il təvəllüdlü İsmayılova Mehparə Osman qızıdır.