16 yaşı var, 5 aylıq hamilədir - Şəkidə

16-yasi-var-5-ayliq-hamiledir
Oxunma sayı: 4325

Şəkidə yetkinlik yaşına çatmayan qızda hamiləlik aşkarlanıb.

"Qafqazinfo" Trend-ə istinadən xəbər verir ki, fakt Şəki rayonunun Suçma kəndində müəyyən edilib.

Belə ki, oktyabrın 15-də Şəki rayon Mərkəzi Xəstəxanasının ginekologiya şöbəsinə Göygöl rayonunda anadan olmuş, Şəki rayonunun Suçma kəndində yaşayan, 2003-cü il təvəllüdlü Aidə Abbasova (ad və soyad şərtidir) qızı gətirilib.

Xəstəxanada müayinə zamanı qızın 5 aylıq hamilə olduğu müəyyənləşdirilib və bu barədə Şəki şəhər Polis Şöbəsinə məlumat verilib.

***

Şəki şəhərində yetkinlik yaşına çatmayan qızın ailəli olduğu müəyyənləşib.

Şəki Rayon Mərkəzi Xəstəxanasının ginekologiya şöbəsinə gətirilən 2003-cü il təvəllüdlü Qasımova Nurcahan Mürşüd qızının Şəki rayonunun Suçma kənd sakini, 1997-ci il təvəllüdlü Babayev Bilal Möhəbbət oğlu ilə ailəli olduğu, lakin qız yetkinlik yaşına çatmadığı üçün nikahsız yaşadığı müəyyən edilib.