“30 illik evliliyimizdə bunu ilk dəfə edəcəyik” - Dilarə Əliyeva

30-illik-evliliyimizde-bunu-ilk-defe-edeceyik
Oxunma sayı: 6933

Əməkdar artist Dilarə Əliyeva ailəsi ilə bərabər Yeni ili Şəkidə qarşılamağı planlaşdırır.

Bunu “Qafqazinfo”ya açıqlamasında aktrisanın özü deyib.

Həyat yoldaşı, “SOY” prodakşının rəhbəri Oqtay Əliyevlə bərabər “Zəhər tuluğu” filminin təqdimat gecəsinə qatılan aktrisa Yeni ili Şəkidəki hotellərin birində qarşılayacaqlarını deyib:

“3-4 gün istirahət edəcəyik, ilin yorğunluğunu çıxaracağıq. Həyatımızda ilk dəfə Yeni ili Bakıda deyil, evdən kənarda qeyd edəcəyik. 30 illik ailə həyatımızda ilk dəfə belə bir hadisə baş verəcək”.

Əməkdar artist, həmçinin qızı Aytənin ailəsi ilə bərabər Bakıda olduğunu açıqlayıb:

“Qızım ailəsi ilə Bakıdadır. Burada yaşayırlar. Xaricdə yaşamaq planları var idi, sonra pandemiya oldu. Ona görə düşündük ki, burada yaşasınlar. Hələlik xaricə getməklə bağlı planları yoxdur”.

Qeyd edək ki, D.Əliyevanın qızı Aytən 2019-cu ilin iyununda Sadıq adlı bəylə ailə həyatı qurub. Həmin ərəfədə D.Əliyeva onların Fransada yaşayacaqlarını bildirmişdi. Cütlüyün 2020-ci ilin sentyabrında qız övladı dünyaya gəlib.

Onu da qeyd edək ki, Oqtay və Dilarə cütlüyünün Banu adlı qızı da var.

Hüseyn Məmmədsalahov