Tamara Fətullayeva vəfat etdi - 40 il direktor işləmişdi

tamara-fetullayeva-vefat-etdi
Oxunma sayı: 1066

Lənkəran rayonunda muzey direktoru vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun ev-muzeyinin direktoru Tamara Fətullayevadır.

Qeyd edək ki, muzeyə daha əvvəl Həzi Aslanovun həyat yoldaşı Xavər xanım rəhbərlik edib. O, 1979-cu ildə vəfat edəndən sonra Tamara Fətullayeva 40 ildən artıq müddətdə muzeyin rəhbəri olub.