66 yaşlı kişi çaya düşüb öldü

66-yasli-kisi-caya-dusub-oldu
Oxunma sayı: 1915

Tovuz sakini çaya düşərək ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Düz Cırdaxan kəndində baş verib.

Kənd sakini 1959-cu il təvəllüdlü Əlizadə Ələkbərov suvarma işi görmək istəyərkən çaya yıxılıb.

Köməksiz vəziyyətdə qalan kişi həyatını itirib.

Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Yunis Quliyev