ABŞ-da Konqresin binası belə qorunur - Fotolar

abs-da-konqresin-binasi-bele-qorunur
Oxunma sayı: 5918

ABŞ-da prezident Donald Trampın tərəfdarlarının Kapitoli basqınından sonra Konqres binasında təhlükəsizlik tədbirləri gücləndirilib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, yayılan fotolarda Konqres binasının dəhlizlərində hərbçilər yerlərə sərilib. Əsgərlər əsasən Merilənd və Virciniya ştatından göndərilənlərdir.

Onlar dünən axşamdan Kapitoli binasında keşik çəkirlər.