ABŞ-da məktəbdə atışma - 18 uşaq öldü+Yenilənib

abs-da-mektebde-atisma
Oxunma sayı: 3677

ABŞ-ın Texas ştatının Yuvalde şəhərində ibtidai məktəbdə açılan atəş nəticəsində 14-ü şagird 1-i müəllim olmaqla 15 nəfər həlak olub, 10-dan çox məktəbli yaralanıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

Bildirilib ki, 13 məktəbliyə tibbi yardım göstərilib. Onlardan ikisi San-Antonio şəhərindəki xəstəxanaya aparılıb. Bundan başqa, 45 yaşlı bir nəfər də güllə yarası alıb.

Hadisəni törədən şəxs 18 yaşlı yerli sakin Salvador Romas olub. O, polis tərəfindən zərərsizləşdirilib. Hadisənin motivləri barədə hələlik məlumat verilmir.

***

Hadisə nəticəsində 21 nəfər həlak olub. Bunlardan 18-i uşaq, 3-ü isə böyükdür. Bu barədə CNN yerli senatora istinadən məlumat yayıb.