ABŞ-ın Azərbaycandakı səfirliyi Bakıda gənclərin sabaha təyin olunan aksiyası ilə bağlı Amerika vətəndaşlarına xəbərdarlıq edib.
“Qafqazinfo”nun səfirliyin rəsmi facebook səhifəsində paylaşdığı məlumata əsasən, səfirlik öz vətəndaşlarına şəhərin aksiya keçiriləcək hissəsində ehtiyatlı olmağa çağırıb. Eyni zamanda qeyd olunub ki, hətta aksiya dinc olsa belə, qarşıdurma yarana bilər, zorakılığıa yol verilə bilər:
“Əgər insanların kütləvi toplaşdıqları etiraz və nümayiş keçirilən ərazidəsinizsə, oradan uzaqlaşmalı və ehtiyatlı davranmalısınız. Öz şəxsi təhlükəsizlik planlarınızı gözdən keçirin, əhatənizdə baş verən, eyni zamanda yerli hadisələrlə maraqlanın, həmçinin yerli stansiyalardan xəbər yeniliklərini izləyin.
Ayıqlığınızı yüksək səviyyədə qoruyun və şəxsi təhlükəsizliyinizin artırmaq üçün müvafiq addımlar atın. Siz Səfirliyin veb-saytını yoxlayaraq bizimlə əlaqə yarada və səfirliyin yenilənmələrini əldə edə bilərsiniz”.
Son xəbərlər
Son Xəbərlər